Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsində, eləcə də şəhərin Əhməd Cavad küçəsində güclü külək nəticəsində irigövdəli ağacların avtomobil yoluna aşması və nəqliyyatın hərəkətinə maneə yaratması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə irigövdəli ağaclar yolun hərəkət hissəsindən götürülüb və ərazidə nəqliyyatın sərbəst hərəkəti təmin edilib.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib