Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji İnkişaf Planında maliyyə auditinin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı aralıq nəticə nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Bakıda keçirilən Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısında Palatanın auditoru Hilal Hüseynov bildirib.
O, son iki ildə bu istiqamətdə görülən işlərdən danışıb: "Gördüyümüz tədbirlərə beynəlxalq standartlara əsaslanan maliyyə audit üzrə təlimatın hazırlanması, il ərzində keçirilən maliyyə auditlərinin sayının artması, maliyyə auditində risk əsaslı və nəzarət yönümlü yanaşmaların tətbiqi, kadr potensialının gücləndirilməsində peşəkar sertifikatlaşmaya diqqət yetirilməsi və digər tədbirlər aiddir".
"Azərbaycanda son illər dövlət maliyyəsinin idarə edilməsində aparılan islahatlar uçot və hesabatlılıq sahəsini də əhatə edib. Burada xüsusilə "Mühasibat uçotu haqqında" Qanunda edilmiş dəyişikliklər vurğulanmalıdır. Dəyişikliklərə əsasən ölkəmizdə mühasibat uçotu subyektləri beynəlxalq uçot standartları tətbiq etlməlidir", - deyə H.Hüseynov əlavə edib.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb