Xızıda evləri su basıb.
Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib