Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Özbəkistanın Kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb.
"İki sahil” XRİTDX-nın yaydığı məlumata istinadən xəbər verir ki, memorandumun məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səyləri, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə etməsidir.
Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub