Azərbaycan bu gündən başlayaraq sentyabrın 2-nə qədər Pakistanın Karaçi şəhərində keçiriləcək “ITCN Asia” informasiya texnologiyaları (İT) sərgisində iştirak edir.
“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, sərgi Karaçi Ekspo Mərkəzində təşkil edilib. Tədbirin əsas tərəfdaşları “Google”, “P@SHA” və “UNIFONIC” şirkətləridir.
İT sərgisinə Azərbaycanla yanaşı Çin, Sinqapur, BƏƏ, Səudiyyə Ərəbistan və ABŞ da daxil olmaqla 8 ölkədən 100 xarici nümayəndə, ümumilikdə isə 450-dən çox təşkilat qatılıb.
Sərgidə qlobal brendləri nümayiş olunduğu 400-dən çox stend quraşdırılıb.
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub