Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu ölkənin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regevlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin "Twitter" hesabında bildirilib.
"Biz İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regev ilə nəqliyyat və logistika sahəsində ikitərəfli əlaqələrin gündəliyi, Orta Dəhlizinin potensialı və ölkələrimiz arasında nəqliyyat əlaqələrinin artırılması zərurəti barədə çox məhsuldar görüşümüz oldu", paylaşımda qeyd olunub.
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub