2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar.
Bu barədə "İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 7.7% azdır.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1.3 milyard manat təşkil edib.
Təkcə bu ilin iyul ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 2.2% artaraq 218.8 manata yüksəlib.
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub