01 sentyabr 2023 10:57
293

Azərbaycanın qızıl ixracından gəlirləri 23% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 72,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 23% azdır.

Bu barədə "İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 93,7 mln. dollar təşkil edib.