01 sentyabr 2023 11:42
308

Tokayev: Transxəzər marşrutu üzrə yükdaşımalarını 5 dəfə artırmaq olar

“Ortamüddətli perspektivdə Transxəzər marşrutu üzrə yükdaşımalarının həcmi 5 dəfə artırıla bilər”.

"İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Transxəzər marşrutu bizim tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli perspektivdə bu dəhlizlə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik”, - o vurğulayıb.