Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verir.
“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu AİİB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə keçirilən görüşdə qeyd edib.
Görüşdə Azərbaycanın 2016-cı ildən Bankla uğurlu əməkdaşlıq etdiyi və bu tərəfdaşlığın önəmi vurğulanıb. Bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti qeyd edilib.
Bankla Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub