02 sentyabr 2023 23:32
331

Sivasda yağan dolu avtomobillərə ciddi ziyan vurub

Sivasın Altınyayla səmtində yağan dolu nəticəsində çox sayda avtomobilə ziyan dəyib.

“İki sahil” xəbər verir ki, əyalətdə axşam saatlarında yağan dolu daha təsirli olub.

Ölçüsü yumurta boyda olan dolu səbəbindən bir çox avtomobilin şüşələri qırılıb, kapotları zədələnib.

Bəzi evlərin damındakı günəş enerjisi sistemlərinin şüşələri də çatlayıb.

Təxminən 15 dəqiqə yağan doludan sonra ərazi ağarıb.