Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq yeddi gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
“İki sahil” xəbər verir ki, cəmiyyətin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.
Qeyd edək ki, AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Tender arayışlarının verilməsi artıq "DOST" mərkəzləri vasitəsilə həyata keçirilir