04 sentyabr 2023 09:26
312

Azərbaycanın iki gimnastı beynəlxalq turnirlərdə medallar qazanıb

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirdə uğurlu çıxış edib.

“İki sahil” xəbər verir ki, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb.

Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala sahib çıxıb.