VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, bu addım AFFA Hakimlər Komitəsinin PFL-ə ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.
Cari turda AVAR-2 təyinatları:
“Neftçi” - “Zirə”
AVAR-2: Fəridə Lütfəliyeva
“Sabah” - “Araz-Naxçıvan”
AVAR-2: İslam Məmmədov
"Qarabağ" - “Sumqayıt”
AVAR-2: Niyaz Əhmədov
Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.