Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu CEV XTB Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəsini başa vurub.
Təmsilçimiz noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerli “ACH Volley Ljubljana” klubu ilə cavab oyununa çıxıb. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun ümumi nəticəsinə əsasən hər iki görüşdə məğlub olan “Xilasedici” klubu Çempionlar Liqası ilə vidalaşıb.
Komandamızın avrokuboklardakı mübarizəsi isə davam edəcək. “Xilasedici” növbəti mərhələdə CEV Voleybol Kubokunun 1/16 finalında Serbiyanın “Crvena Zvezda Beograd” klubu ilə qarşılaşacaq.
Oyunların nəticələri
CEV XTB Çempionlar Liqası – 3-cü təsnifat mərhələsi
Cavab oyunu – 26 noyabr 2026
“ACH Volley Ljubljana” – “Xilasedici” 3:1 (25:23, 23:25, 25:15, 25:18)
İlk oyun – 19 noyabr 2026
“Xilasedici” – “ACH Volley Ljubljana” 1:3 (20:25, 18:25, 26:24, 20:25)