27 noyabr 2026 11:14
198

“DH Volley” CEV Çelenc Kubokunda ilk oyununu keçirib

Qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.

Təmsilçimiz noyabrın 26-da Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında Polşanın “LKS Commercecon Lodz” klubu ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması dekabrın 2-də Polşada keçiriləcək.

CEV Çelenc Kuboku – qadınlar, 1/16 final mərhələsi

İlk oyun – 26 noyabr 2026

“DH Volley” – “LKS Commercecon Lodz” 0:3 (13:25, 18:25, 22:25)