04 sentyabr 2023 14:01
308

Azərbaycan Almaniyada keçiriləcək Beynəlxalq Qida və İçki Sərgisidə iştirak edəcək

Azərbaycan Almaniyanın Köln şəhərində keçiriləcək "Anuga 2023" Beynəlxalq Qida və İçki Sərgisidə iştirak edəcək.

“İki sahil” xəbər verir ki, sərgi oktyabrın 7-11-i tarixlərində baş tutacaq.

Artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, "Anuga 2023" qida və içki sənayesi üçün aparıcı beynəlxalq ticarət sərgisidir və 2 ildən bir keçirilir. Qida sərgisinə 4,6 min yerli və xarici iştirakçının qatılması gözlənilir.