Energetika naziri Pərviz Şahbazov sentyabrın 22-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil”in nazirliyə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb