05 sentyabr 2023 19:35
282

Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 4 nəfər itkin düşüb/FOTOLAR

Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 4 nəfər itkin düşüb.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, Kırklareli bölgəsində güclü yağışlardan sonra çaylar daşaraq məcrasından çıxıb.

Sel turizm bölgəsində istirahət mərkəzlərinə də ciddi ziyan vurub.

Əraziyə xilasetmə qüvvələri, hərbçilər cəlb olunub. Sel təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Sel nəticəsində 6 nəfər itkin düşüb. İtkin düşənlərdən ikisinin meyiti tapılıb, dörd nəfərin axtarışları davam etdirilir.