“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.
“İki sahil” xəbər verir ki, Aərbaycan Mərkəzi Bankından bildirilib ki, lisenziya qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Mərkəzi Bankının İdarə Heyəti 30 avqust 2023-cü il tarixdə lisenziyanın ləğvinə qərar verib.