06 sentyabr 2023 17:41
323

Yanvar-iyul aylarında keçirilən satınalmaların dəyəri 1,6 mln. manatı ötüb

Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumi dəyəri 1 mln. 628,3 min manat olan 3545 müsabiqə əsaslı satınalma keçirilib.

“APA-Economics” Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunlardan 52-si açıq tender, 1966-sı elektron açıq tender, 1304-ü kotirovka sorğusu, 223-ü isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.