Naxçıvanda vergi daxilolmaları 41 % artıb.
“İki sahil” xəbər verir ki, 2023-cü ilin ilk 8 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 106 milyon manatdan artıq vergi daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 % və ya 31 milyon manat çoxdur.