07 sentyabr 2023 12:19
318

Azərbaycanda avqustda dəmir yolu ilə sərnişin daşımaları 35% artıb

Bu ilin avqust ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə 530 386 sərnişin səyahət edib.

QSC-dən “İki sahil”ə verilən məlumata görə, ötən ilin avqust ayının göstəriciləri ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə 35 faiz çox sərnişin daşınıb.

Qeyd olunur ki, ümumilikdə bu il ərzində ADY 4 milyondan çox sərnişinə xidmət edib.