07 sentyabr 2023 14:52
291

KOBİA və Küveytin işgüzar dairələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauid arasında görüş keçirilib.

KOBİA-dan "İki sahil"ə bildirilib ki, görüşdə Agentliyin fəaliyyətinə, KOB subyektlərinə göstərdiyi dəstək və xidmətlərə, yerli və xarici ölkələrin işgüzar dairələri arasında əməkdaşlığın qurulması və inkişafı istiqamətində KOBİA-nın dəstəyinə dair məlumat verilib, Agentliyin Küveytin müvafiq qurumları ilə əlaqələndirilməsinə və hər iki ölkənin KOB-ları arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.