08 sentyabr 2023 17:37
451

ATB-nin Baş icraçı direktoruna yeni müavin təyin olunub

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoruna yeni müavin təyin edilib.

“İki sahil” xəbər verir ki, bu vəzifəyə Rəşad Əliyev təyinat alıb.

Qeyd edək ki, bu təyinata qədər o, Baş icraçı direktorun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müdddət əvvəl isə ATB-nin mətbuat katibi Cavanşir Bayramov Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktorunun müavini təyin olunub.