19 aprel 2016 16:40
130

Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

Məhərrəm Ağalaroğlu