09 sentyabr 2023 18:30
581

Deputat növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında yerləşən qərargahında növbəti vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, qəbula gələn şəxslər məişət, məşğulluq, sağlamlıq, və digər mövzularda müraciətlər ediblər.

Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.