10 sentyabr 2023 17:17
380

İki qəza olub, metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində 2 yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, qəzalar səbəbindən metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.