10 sentyabr 2023 20:20
294

Ronaldu Mərakeşdəki zəlzələ qurbanlarına sığınacaq verdi

Portuqaliya millisinin lideri Kriştianu Ronaldu zəlzələdən əziyyət çəkən mərakeşlilərə kömək etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, 38 yaşlı futbolçu onlar üçün Mərakeşdəki 4 ulduzlu “Pestana CR7” hotelinin qapılarını açıb.

Xatırladaq ki, zəlzələ səbəbindən Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Mərakeş - Liberiya oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.