11 sentyabr 2023 13:18
272

Avropada qazın qiyməti yenidən 400 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 11 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 403,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,8 dollar) ilə müqayisədə 5,8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.