19 aprel 2016 21:34
457

Erməni əsgər Qarabağa gətirdiyi hərbçiləri belə öldürdü

Dünən Ermənistandan Qarabağa hərbiçi gətirən “Ural” markalı yük avtomobili aşıb.

Hadisə Spital-İrəvan yolunun 19 kilometrliyində baş verib.

Belə ki, Ermənistandan işğal altında olan Azərbaycan ərazilərinə gənc əsgərləri gətirən yük avtomobili aşaraq yol kənarındakı dərəyə düşüb. Hadisə nəticəsində 2 erməni əsgəri ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılar Ermənistanın Mərkəzi Hərbi Hospitalına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılan zaman sözügedən yük avtomobili sürücüsü əsgər Artyom Torosyanın içkili olduğu müəyyən edilib.

Qeyd edək ki, baş verən hadisə zamanı ölən əsgərlərdən biri məhz Artyom Torosyan olub.

Publika.az