Hollivud ulduzu Arnold Şvartseneqqer təcili əməliyyat olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "TMZ" portalı məlumat yayıb. Bildirilib ki, aktyorun təcili əməliyyata alınmasına sağ əlində yaşadığı problemlər səbəb olub.
Hazırda vəziyyəti yaxşı olan Arnolda intensiv fiziki hərəkətlər etməmək tapşırılıb.
Qeyd edək ki, aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq