19 sentyabr 2023 11:46
302

Azərbaycan Mərkəzi Bankının növbəti faiz qərarı sabah açıqlanacaq

Azərbaycan Mərkəzi Bankı sabah faiz dəhlizinin parametrlərini açıqlayacaq.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.

AMB sonuncu dəfə bu il mayın 4-də uçot faiz dərəcəsini 8.75%-dən 9%-ə kimi artırıb. AMB-nin sonrakı qərarlarında uçot faiz dərəcəsi sabit qalıb. Hazırda faiz dəhlizinin yuxarı həddi 10%, aşağı həddi isə 7.5% təşkil edir.