Ukrayna NATO-nun Qara dəniz donanmasının yaradılması haqqında Rumınıyanın təşəbbüsünü tamamilə dəstəkləyir.
Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Buxarestə səfəri zamanı deyib.
"Biz NATO-nun rəhbərliyi altında Qara dəniz donanmasının yaradılması təşəbbüsünü dəstəkləyirik. Bu, Qara dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün lazımdır. Ukrayna donanmaya, məmnuniyyətlə, qoşulacaq", - Ukraynanın dövlət başçısı bildirib.
Buxarest yeni hərbi dəniz qruplaşmasının tərkibində ABŞ, Almaniya, İtaliya və Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin gəmilərini görmək istəyir.
Publika.az