21 sentyabr 2023 14:02
265

ARDNF-dən büdcəyə transfertlər 9 % artırılır

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 781 milyon manat nəzərdə tutulub.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9 % çoxdur.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9 %-i qədərdir.