21 aprel 2016 23:32
432

NATO-dan Dağlıq Qarabağ açıqlaması

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz.

Bu fikri Brüsseldə Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla görüşdən sonra NATO baş katibinin müavini Aleksandr Verşbou "Twitter" hesabında yazıb.

"Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin dərhal azaldılması və ATƏT-in Minsk qrupunun himayəsi altında diplomatik irəliləyiş əldə edilməsi tələb olunur", - deyə A.Verşbou yazıb.

"Report"