25 sentyabr 2023 16:26
368

Azərbaycanda 8 ayda qadın sahibkarlar 10 milyon manat güzəştli kredit alıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 140 qadın sahibkara 9,9 milyon manat güzəştli kredit verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bundan başqa, bildirilir ki, 8 ayda gənc sahibkarların 53 layihəsi maliyyələşdirilib və bu məqsədlə 2,7 milyon manat vəsait ayrılıb.