29 sentyabr 2023 10:14
387

MDB-nin Ali Audit Orqanlarının 2023-2025-ci illər üzrə İş Planı təsdiqlənib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun onlayn iştirak etdiyi Müstəqil Dövlətlər Birliyinin (MDB) Ali Audit Orqanlarının (AAO) Rəhbərlər Şurasının XX iclasında Şuranın 2023-2025-ci illər üzrə İş Planı, o cümlədən Standartların hazırlanması üzrə İşçi Qrupunun hesabatı təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, iclasda Qırğızıstanın Hesablama Palatası Şuranın 2023-2025-ci illər üzrə sədri müəyyən edilib.

Toplantıda Azərbaycanla yanaşı, Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Belarusun AAO rəhbərləri də iştirak edib.