29 sentyabr 2023 10:23
310

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.

 

 

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.

"Bu il Türkiyəyə nəql edilmiş "mavi yanacağ"ın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə çatdırılıb. Ümumilikdə bu günə qədər TANAP-la 24 milyard kubmetr qaz ixrac edilib",- deyə nazir qeyd edib.