07 oktyabr 2023 08:43
266

Ekvador polisi 14 tona yaxın narkotik maddə ələ keçirib

Ekvador polisi Mərkəzi Amerika, ABŞ və Avropa üçün nəzərdə tutulan təxminən 14 tona yaxın narkotik maddə ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Xuan Zapata bildirib. Qeyd edib ki, ölkə daxilində 40-dan çox reyd keçirilib, nəticədə 28 nəfər həbs edilib və 13,6 ton narkotik vasitə götürülüb.

Reydlər ölkənin 8 əyalətində keçirilib.

Zapata narkotik vasitələrin foto və videolarını dərc edərək əlavə edib ki, odlu silahlar, döyüş sursatı, pul və cib telefonları da ələ keçirilib.