12 oktyabr 2023 08:41
281

Bişkekdə MDB ölkələri Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb

Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.