13 oktyabr 2023 12:41
406

Alman dilini həvəslə öyrənək! FOTO

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 3 saylı binanın Akt zalında “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin yuxarı kurs tələbələri ilə “Alman dilini səylə və həvəslə öyrənək!” adlı görüşü keçirildi.

Görüşdə Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov, fakültə nəzdindəki kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak etdilər. 

Tədbirdə 414a qrup tələbələri ilk dəfə olaraq “Gaudeamus igitur” tələbə himnini həm latın, həm də alman dilində ifa etdilər.  Kafedra müdiri fil.f.d., dos. Xuraman Əsgərova əvvəlki illərə nisbətən bu il “Alman dili müəllimliyi” ixtisasına qəbul olanların sayının artmasını alman dilinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Tələbələrdə bu dilə sevgi yaratmaq məqsədi ilə X.Əsgərova I kurs tələbələrinə fakültə dekanının iştirakı ilə “Dil bacarıqları” fənnində istifadə etdikləri Almaniya istehsalı olan “Schritte” adlı dərsliyini hədiyyə edib.

IV kurs, 414a qrup tələbəsi Fatimə Orucova təhsil aldıqları müddətdə gördükləri işlər barəsində məlumat verib. Alman dilini mükəmməl öyrənmək üçün universitetdə yaradılan şöbələrin fəaliyyətini videoçarx vasitəsilə qonaqlara təqdim edib.

ECL imtahan mərkəzinin koordinatoru, Təhsil 2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri fil.f.d, dos. Aida Sobor mərkəzin gördüyü işlər və bu sahədə qazandığı uğurlarından danışıb.

Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov tədbirin əhəmiyyətini vurğuladı və onun universitet tarixində yenilik olduğunu qeyd edib. Görüşdə iştirak edən valideynlər universitet rəhbərliyinə təşəkkür edərək, məhz bu ali təhsil müəssisəsini seçməklə yanılmadıqlarını xüsusi vurğulayıblar.

Kafedranın yeni yaradılan loqo və instagram səhifəsi təqdim olunub.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.