13 oktyabr 2023 16:59
461

Ruslan Əliyev Göygöl və Daşkəsən sakinlərini qəbul edib

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev oktyabrın 13-də ənənəvi  vətəndaş qəbulunu  Göygöl rayonunda keçirib.

“İki sahil” xəbər verir ki, qəbulda Göygöl və Daşkəsən rayonlarından  ümumilikdə 20 vətəndaşın qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib. Görüş zamanı Ruslan Əliyev həlli mümkün olan məsələlərin icrasına dair dərhal göstərişlər verib. Həmçinin araşdırılması lazım olan vətəndaş müraciətləri isə şəxsən nəzarətə götürülü.