14 oktyabr 2023 12:40
721

Hacıqabul rayonunda “Ağacəkmə” aksiyası keçirildi

Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin  Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə 14 oktyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “Ağacəkmə” aksiyası keçirildi.

“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur. Ümummilli Liderimizin siyasi kursuna daim sədaqətli olan hacıqabullular ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin  Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Hacıqabul rayon təşkilatı Hacıqabul-Muğan avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirib. Bu tarixi hadisə ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon İcra Hakimiyyətinin I müavini Saleh Ələskərov, rayonun Təhsil, Səhiyyə, Mədəniyyət, Meliorasiya və Kommunal Təsərrüfat idarələrinin əməkdaşları - ümumilikdə 150 nəfər YAP fəalı iştirak etdilər.

Aksiyada 200 ədəd sərv ağacı əkildi, ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən ağaclar suvarılaraq aqrotexniki qaydada qulluq göstərildi.