15 oktyabr 2023 01:53
452

Sabirabadda “VAZ” markalı avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabad rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub.

“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı 10-DF-121 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik avtomobili və 10-XR-458 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.