Səudiyyə Ərəbistanının Riyad şəhərində18-20 yaşlı idmançilar arasında Dünya Doyuş Oyunları (World Combat Games) keçirilib.
“İki sahil” xəbər verir ki, baş hakimliyin Azərbaycan Milli Karate Federasiyasının baş hakimi Cahangir Babayevə həvalə edildiyi mötəbər yarışda ölkəmizi 67 kq çəki dərəcəsində lisenziya qazanan "Təhsil RİM" Karate üzrə yığma komandasının və Milli Karate Federasiyasının üzvü Hüseyn Məmmədli təmsil edib.
İdmançımız möhtəbər yarışda gümüş müdal qazanıb.
Yarişda Milli Karate Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi Anar Allahverdiyev və "Təhsil Karate Rim" üzrə yığma komandanın baş məşqçisi, Məmmədli Hüseynin şəxsi məşqçisi Ebülfət Qarayev də iştirak edib.