02 aprel 2018 17:24
978

Cəbhə bölgəsində təlimlər davam edir

Raket və artilleriya bölmələri təlimlərinin döyüş atışlı mərhələsi icra olunub

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.