Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında tətbiq edilən innovativ alətləri sinxronlaşdırmağın və vahid güc yaratmağın zamanı gəlib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "Təhsilin İnkişafı Forumu 2023" tədbirində bildirib.
Bundan başqa, o deyib ki, ölkədə startap şahədətnamalərinin verilməsi ilə bağlı mexanizmlər var, müxtəlif texnoparklar mövcuddur.
"Həmin texnoparklardakı rezidentlərə güzəştlər verilir. Sahibkarlar üçün maliyyə əlçatanlığının təmin edilməsi, maliyyə savadlılığın artırılması vacibdir. Hazırda ölkə gəncləri daha yaradıcı və dinamikdilər. Onlar fürsətlər axtarır və baxışlarına uyğun müasir həlləri vermək vacibdir", - deyə E.Əliyev qeyd edib.