26 oktyabr 2026 10:38
132

"El Pais": Ukrayna həm daxili, həm də xarici siyasətdə uğursuzluqlarla üzləşir

Ukrayna həm ölkə daxilində, həm də beynəlxalq meydanda uğursuzluqlar yaşayır.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Kiyev üçün ilk ciddi zərbə Rusiya ilə ABŞ arasında açıq yaxınlaşma, xüsusən də Moskva və Vaşinqton arasında dizel yanacağının tədarükünə dair əldə olunmuş razılaşma olub.

Bundan əlavə, Avropa Ukraynaya tamşəkilli hərbi və maliyyə köməyi göstərə və Volodimir Zelenskinin sorğularını təmin edə bilməyib. Qəzet əlavə edib ki, Aİ-nin anti-Rusiya tədbirləri heç bir nəticə verməyib.