11 avqust 2026 11:29
92

Yaxın Şərqdə ABŞ-nin hərbi obyektlərinə və texnikasına dəymiş ümumi zərər...

İranın cavab zərbələri nəticəsində Yaxın Şərqdə ABŞ-nin hərbi obyektlərinə və texnikasına dəymiş ümumi zərər artıq 13 milyard dolları ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə öz hesablamalarına istinadla "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri İslam Respublikası raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Yaxın Şərqdəki obyektlərə 2 mindən çox zərbə endirib. Zərər səkkiz ölkənin ərazisində ABŞ ilə əlaqəli ən azı 20 hərbi obyektə dəyib. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-yə məxsus təxminən 42 uçuş aparatını — əsasən iri dronları, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarını zədələyib və ya məhv edib.

ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.